Nigar Camal Samirəni tənqid etdi

16 May 2021 10:08 (UTC+04:00)

“Avroviziya-2011” mahnı müsabiqəsinin qalibi Nigar Camal bu il Azərbaycanı təmsil edən müğənni Samirə Əfəndini tənqid edib.

AzNews.az xəbər verir ki, sənətçi “10-da görüşək” proqramına qonaq olarkən həmkarının müzakirələrə səbəb olan geyimi və şousuna şərh bildirib. Pop ifaçısı modelyer Rüfət İsmayıl tərəfindən hazırlanmış geyimin ona yaraşmadığını vurğulayıb.

Nigar qeyd edib ki, Samirə top 5-likdə yer almayacaq: “Mən olsam, bu libası geyinməzdim. Bədənimə bu cür paltar yaraşmazdı. Samirə gözəl və incə qızdır. İstərdim yer tutsun, amma ilk sıralarda olacağını düşünmürəm”.