Yaponiyada 6.1 bal gücündə zəlzələ olub

16 May 2021 10:22 (UTC+04:00)

Yaponiyanın Hokkaydo adaları sahillərində 6.1 bal gücündə zəlzələ baş verib.

AzNews.az-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Kusiro şəhərindən 101 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib. Sunami təhlükəsi yoxdur.