“Qalatasaray” azarkeşi oyunu izləyərkən infarktdan öldü

16 May 2021 14:36 (UTC+04:00)

“Qalatasaray” azarkeşi olan Muharrem Günay dünən komandasının “Yeni Malatyaspor”a qarşı keçirdiyi matçı izləyərkən vəfat edib.

AzNews.az xəbər verir ki, evində qarşılaşmanı izləyən fanatın həyəcandan halı pisləşib.

Təcili yardım maşını ilə xəstəxanaya çatdırılan Günayın həyatını xilas etmək mümkün olmayıb. 35 yaşlı fanat infarktdan ölüb.