Peyvənd vurmaqdan imtina edən tibb işçisi cəzalandırıldı

16 May 2021 17:54 (UTC+04:00)

Koronavirus əleyhinə vaksinasiya üçün randevu.its.gov.az saytında növbə götürən jurnalistə “poliklinikada heç kim yoxdur” deyərək peyvənd vurmayan 39 nömrəli şəhər poliklinikasının əməkdaşına töhmət verilib.

Bu barədə AzNews.az-a poliklinikanın baş həkiminin müavini Sevda İsgəndərova bildirib.

Qeyd edək ki, tibb ocağında iş günü olmasına baxmayaraq peyvənd oluna bilməməsi ilə bağlı jurnalist Kamran Mahmudov feysbuk hesabında yazmışdı. Onun bildirdiyinə görə, ötən gün saat 14:00-15:00 üçün 39 saylı şəhər poliklinikasına yaxınlaşsa da, həmin vaxt poliklinikada işçi olmayıb.