Ordumuzun raket və artilleriya bölmələrinə həyəcan siqnalı verildi - VİDEO

16 May 2021 18:23 (UTC+04:00)

Müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir.

Bu barədə AzNews.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlərin niyyətinə uyğun olaraq daimi dislokasiya məntəqələrini həyəcan siqnalı ilə tərk edən raket və artilleriya bölmələri təyin edilmiş marşrutlarla hərəkət edir.