Türkiyədən Fələstinlə bağlı TƏKLİF

16 May 2021 19:05 (UTC+04:00)

Türkiyə Fələstində dinc sakinlərin müdafiəsnin təmin olunması üçün beynəlxalq qüvvələrin yaradılmasının tərəfdarıdır.

AzNews.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə iclasında deyib.

O bildirib ki, Fələstin məsələsində birlik göstərməyin vaxtı çatıb:

"Beynəlxalq ictimaiyyət fələstinli dinc sakinlərin təhlükəsizliyinin təmin olunmasına məsuliyyət daşıyır, və bu məsuliyyətin böyük hissəsi İƏT-in üzərinə düşür. Biz Fələstin sakinlərinin müdafiəsi üçün beynəlxalq mexanizmin yaradılması üzərində işləməliyik. Bu təşəbbüs maraqlı tərəflərin hərbi və maliyyə dəstəyinə malik olan beynəlxalq qüvvələrin yaradılmasını da əhatə etməlidir".