Fəhlə faciəvi şəkildə öldü- Bakıda

17 İyun 2013 11:42 (UTC+04:00)


Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zirə qəsəbəsində yerləşən kabel zavodunda qeydə alınıb. Orada işləyən Bakı şəhər sakini Əmir Qəribov dəzgahın altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az