Azərbaycan Ordusunun tank bölmələri tapşırıqları yerinə yetirir

16 May 2021 19:43 (UTC+04:00)

Azərbaycan Ordusunda müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir.

Bu barədə AzNews.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin niyyətinə uyğun olaraq əməliyyatlarda atəş dəstəyi həyata keçirəcək tank bölmələri təyin edilmiş məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqlar icra edirlər.