Netanyahu təcili iclas keçirir

16 May 2021 20:06 (UTC+04:00)

İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin güc strukturlarının rəhbərləri ilə təcili iclas keçirir.

AzNews.az xəbər verir ki, bu barədə İsrail hökumətinin mətbuat xidmətinin məlumatında deyilir.

İclasda ölkənin müdafiə naziri, İsrailin Müdafiə Ordusunun qərargah rəisi, “Mossad” kəşfiyyatının, Təhlükəsizlik Xidmətinin və Milli Təhlükəsizlik Şurasının rəhbərləri iştirak edirlər.