Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib, saxlanılanlar var

17 May 2021 20:02 (UTC+04:00)

Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirib.

Aznews.az APA-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində idarənin bəzi vəzifəli şəxsləri rüşvət alarkən saxlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirib ki, bununla bağlı ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.