Flora Kərimova Şuşada öz məhəllələrində - VİDEO

17 May 2021 22:23 (UTC+04:00)

“Havasından doymadığım, suyuna susadığım ocağım - Şuşam!”

Aznews.az xəbər verir ki, bu sözləri Şuşada "Xarıbülbül" festivalında iştirak edən Xalq artisti Flora Kərimova İnstaqram səhifəsində paylaşıb.

Şuşada məscidlərdən birinə gedən müğənni 7-8 yaşlarındakı xatirələrini paylaşdığı videoda danışıb: “Bu yol həbsxanaya aparır. Türmənin qarşında sürüşkən daşlar vardı. Uşaq vaxtı bu daşların üstündə sürüşürdük. Məhbuslar bizimlə danışırdılar, söhbət edirdilər. 7-8 yaşımız olardı…”

Daha sonra Flora Kərimova Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın heykəllərini də ziyarət edib.