Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

18 May 2021 09:13 (UTC+04:00)

Çində son sutka ərzində 22 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.

AzNews.az bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 90 894-ə yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 85 963 xəstə sağalıb.

Ölkədə 295 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2-nin vəziyyəti ağır qiymətləndirilir.