Baydenlə Netanyahu İsrail-Fələstin münaqişəsini müzakirə edib

18 May 2021 09:46 (UTC+04:00)

ABŞ Prezidenti Co Bayden və İsrail Baş naziri Binyamin Netanyahu arasında telefon danışığı olub.

Bu barədə AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir.

Məlumata görə, amerikalı lider İsrailin seçilməmiş raket hücumlarına qarşı özünümüdafiə hüququnu dəstəklədiyini təkrarlayıb. O, İsraili günahsız mülki şəxslərin müdafiəsini təmin etmək üçün əlindən gələni etməyə çağırıb.

Liderlər, həmçinin İsrailin HƏMAS və digər terror qruplarına qarşı Qəzzadakı hərbi əməliyyatlarında irəliləyişləri müzakirə ediblər.