“Pandemiyada evimlə maşınımı satdım”

18 May 2021 10:27 (UTC+04:00)

Müğənni Bahar Lətifqızı da pandemiyada maddi problemlərlə üzləşdiyini açıqlayıb.

AzNews.az xəbər verir ki, bu barədə sənətçi MTV kanalına danışarkən bildirib.

Bahar evi ilə avtomobilini satmaq məcburiyyətində qaldığını deyib: “Pandemiyada evimi və maşınımı satdım. Burada ayıb bir şey yoxdur. Kiminsə malına göz dikməmişəm. Azərbaycanda olmasa da, Moskvada toylara gedirəm. Ən böyük biznesim oxumağımdır”.