Sonuncu buraxılış imtahanlarının nəticələri bu tarixdə açıqlanacaq

18 May 2021 11:57 (UTC+04:00)

Aprelin 29-30-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələrinin 10 gün ərzində elan olunması nəzərdə tutulur.

Bu barədə AzNews.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib.

Xatırladaq ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə aprelin 22-23-də keçirilmiş buraxılış imtahanlarının nəticələri dünən elan olunub.