Belarusun müdafiə naziri Bakıya gəldi

18 May 2021 12:23 (UTC+04:00)

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvətilə mayın 18-də Belarus müdafiə naziri general-leytenant Viktor Xreninin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

AzNews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.