Obama Putini qabaqladı

17 İyun 2013 13:40 (UTC+04:00)



İrlandiyada keçirilən "Böyük səkkizliy"in sammitində ABŞ prezidenti Obama Vladimir Putindən tez yuxudan oyanaraq vip idman zalını bron edib.

ABŞ nümayəndə heyəti ilə Rusiya rəsmilərinin eyni idman zalında idmanla məşğul olmaq arzusu və idman zalı uğrunda "yarışması" media nümayəndələrinin gözündən yayınmayıb.

Hər iki dövlət rəsmilərinin eyni idman zalını "bağlamaq" arzusu Obamanın qalibiyyəti ilə nəticələnib.

Məlumat üçün deyə ki, bu gün İrlandiyanın şimalında yerləşən Lox-Ern şəhərində "Böyük səkkizliyin sammiti start götürür. İki gün davam edəcək sammitində iqtisadi böhran və onun aradan qaldırılması məsələləri müzakirə ediləcək.

Aynur Hüseynova
AzNews.az