Dünya çempionatı üçün ada inşa edilir

17 İyun 2013 13:45 (UTC+04:00)
"DÇ-2022"yə ev sahibliyi edəcək Qətər mundialın hazırlıqlarına artıq indidən start verib.

Qol.Az-ın məlumatına görə, hazırlıq çərçivəsində yeni bir layihə irəli sürülüb.

Dünya çempionatı üçün paytaxt Doha ətrafında 25 min azarkeşi qəbul edəcək bir ada yaratmağı planlaşdıran Qətər bu layihəyə 5,5 milyard dollar ayırıb.

234 lüks villanın yer aldığı layihədə süni bir adanın inşası üçün memarların hazırlıqları tamamlanıb. Dünya çempionatı üçün yaradılan bu adanın hava limanına yaxın olması da diqqətdən yayınmayıb.

AzNews.az