Müğənnimizin avtomobilini kim qarət etdi? - Fotolar

17 İyun 2013 14:23 (UTC+04:00)
"Həmişəki kimi maşını evin həyətində saxlamışdım. Səhər saat 07:00 olardı, gördüm ki, avtomobilin şüşəsini sındırıblar. Maşının sənədləri və 3 min manata yaxın pulun oğurlanıb. Avtomobilin içindən iki daş çıxdı".

Bu barədə iyunun 15-i səhər saat 07:00 radələrində avtomobili qarət olunan keçmiş "Şeron" qrupunun keçmiş üzvü, hazırda "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədov ANS PRESS-ə açıqlamasında bildirib.

O, bu barədə rayon Polis İdarəsinin 26-cı polis bölməsinə müraciət etdiyini bildirib. Şikayətə əsasən polis əməkdaşları hadisə yerinə gəliblər.

Maşından barmaq izləri götürülüb. Hazırda hadisəni törədən şəxs, yaxud şəxslər axtarılır.

Müğənni isə heç kimdən şübhələnmədiyini deyir: "Əslində, mənim heç kimlə problemim yoxdur. Bunu yoldan ötən insan da edə bilər. Yaxud görünür kiminsə məndən xoşu gəlmir. Mənim heç kimdən problemim yoxdur. Hamının məndən işi keçir, mənim heç kimdən işim keçmir".

Qeyd edək ki, "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədovun "Mercedes" markalı avtomobilindən oğurluq olub. Hadisə Yasamal rayonu Ələsgər Ələkbərov küçəsi 528-ci məhəllədə, elə müğənninin evinin qarşisinda törədilib. Avtomobilin yan şüşəsini daş parçasi ilə sindiran naməlum şəxs asanlıqla qapını açıb və maşınının içində olan 3 min manat pulu, müxtəlif vacib sənədləri oğurlayıb.

AzNews.az