Samirə Əfəndi finalda dəyişiklik ediləcəyini açıqlayıb

19 May 2021 21:43 (UTC+04:00)

"Eurovision 2021"də ölkəmizi təmsil edən Samirə Əfəndi "Mata Hari" mahnısını ilə finala vəsiqə qazanıb.

Aznews.az xəbər verir ki, sənətçinin finala keçdiyini eşitdiyi anın sevinci obyektivlərə tuş gəlib.

Samirə daha sonra mətbuat konfransına qatılıb və sualları cavablandırıb. O, 2011-ci ildə "Eurovision"da qalib olarkən Eldar Qasımovun səhnəyə çıxanda çiyninə atdığı bayrağı götürüb. Samirə bildirib ki, səhnəyə çıxmazdan əvvəl də Eldarla telefonla danışıb:

"Çoxlu uğurlar dilədi. Dedi ki, həyatın ən gözəl anıdır, bunu bir daha yaşamayacaqsan. Sənə uğurlar diləyirəm. Səhnədən, ifandan, tamaşaçılardan ab-hava almağı bacar".

Müğənni final gecəsi çıxışında dəyişikliklər olacağını da söyləyib:

"Bilmirəm, amma ola bilsin bəzi dəyişikliklər edilsin. Yenilikləri sevirik".

Qeyd edək ki, Samirənin saç və makiyajını məşhur stilist Anar Ağakişiyev edib. Geyimini isə modelyer Rüfət İsmayıl hazırlayıb. Rotterdamda keçirilən "Eurovision 2021"in finalı mayın 22-də keçiriləcək./Axşam.az