"Eurovision" təmsilçimizin ifası çox sayda baxış topladı

20 May 2021 12:51 (UTC+04:00)

"Eurovision 2021" mahnı müsabiqəsindəki təmsilçimiz Samirə Əfəndinin birinci yarımfinalda oxuduğu “Mata Hari” mahnısına "YouTube"da 2 milyondan çox baxış olub.

AzNews.az xəbər verir ki, bu baxımdan müsabiqə iştirakçıları arasında Rusiya və Ukraynadan sonra üçüncü yerdə olan həmin ifa həm də "YouTube"da Azərbaycan trendləri arasında birinci yerdədir.