Azərbaycanla Böyük Britaniya arasında 2 sənəd imzalanıb

20 May 2021 17:37 (UTC+04:00)

Sənədlərin birini Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Böyük Britaniyanın beynəlxalq ticarət naziri Graham Stuart imzalayıb.

Digər sənədə isə Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyinin İdarə Heyətinin üzvü Fariz Quliyev və Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarp imza atıb. (report)