Mer rüşvət aldığı üçün saxlanıldı

17 İyun 2013 17:53 (UTC+04:00)


Kanadanın böyüklüyünə görə ikinci şəhəri Monrealın meri Maykl Epplbaum korrupisyada ittiham olunur.

Merin hazırda ifadə verəcəyi gözlənilir. Bundan sonra onun nəzarət altında qalma müddətinin bir qədər də uzadılacağı deyilir.

Xatırladaq ki, hələ keçən il Kanadada buna bənzər hadisə Kvebekdə baş vermişdi. Olay nəticəsində şəhərin meri Cerald Tramble istefaya göndərilmişdi.

AzNews.az