Tahir Salahov Birinci Fəxri Xiyabanda dəfn ediləcək

21 May 2021 10:59 (UTC+04:00)

"Tahir Salahov dünən axşam Almaniyada müalicə olunduğu xəstəxanada vəfat edib”.

AzNews.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Xalq rəssamının bacısı Zərifə Salahova deyib.

O, qardaşının iki gün əvvəl müalicə məqsədi ilə Almaniyaya getdiyini bildirib. Z.Salahova Xalq rəssamının Birinci Fəxri Xiyabanda dəfn olunacağını deyib: "Artıq bu barədə Azərbaycan Prezidentinin tapşırıqları var. Onun cənazəsi Bakıya gətiriləcək və Birinci Fəxri Xiyabanda dəfn ediləcək”.