TRACECA gömrükdə elektron növbə sistemini işə salmağı planlaşdırır

21 May 2021 19:54 (UTC+04:00)

Aznews.az xəbər verir ki, TRACECA sərhəd (gömrük) məntəqələrində elektron növbə sistemi pilot layihəsini işə salmağı planlaşdırır.

Bunu Trend-ə TRACECA Hökumətlərarası komissiyasının daimi nümayəndəsi (milli katibi) Rüfət Bayramov deyib.

Onun sözlərinə görə, TRACECA üzv ölkələrə müvafiq təklifi verib:

"Biz, xüsusilə pandemiya şəraitində sərhədlərdə avtomobillərin sıxlığını görürük. Bununla əlaqədar sürücülər günlərlə gömrükdə qalmaqla çətinliklərlə üzləşir".

O bildirib ki, elektron sistemin olması yükdaşıyıcılarına əvvəlcədən məlumat almağa və sürücülər üçün növbə tutmağa imkan verəcək. Onun sözlərinə görə, bu layihə sürücülərin iş qabiliyyətinə müsbət təsir göstərəcək.