Azərbaycanla Britaniya arasında nəqliyyatda əməkdaşlıq müzakirə olunub

21 May 2021 21:29 (UTC+04:00)

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev, ölkədə səfərdə olan Böyük Britaniyanın Dövlət Katibinin Parlament nümayəndəsi, ixracat naziri Qraham Styuartla görüşüb.

Aznews.az xəbər verir ki, nazir bu barədə "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, görüşdə nəqliyyat sahəsində cari və perspektiv əməkdaşlıq məsələləri müzakirə olunub, rəqəmsal transformasiya haqqında fikir mübadiləsi aparılıb.