ABŞ suriyalı qaçqınlara 300 milyon dollar ayıracaq

18 İyun 2013 07:21 (UTC+04:00)
ABŞ suriyalı qaçqınlara humanitar yardım çərçivəsində 300 milyon dollarlıq vəsait ayıracaq. APA-nın xəbərinə görə, bu barədə Reuters Ağ Evdəki mənbəyə istinadən məlumat verir.

Məlumata görə, ABŞ prezidenti bu barədə "böyük səkkizliyin" sammitində bəyan edəcək.

Vəsaitin yarısı Suriyadakı qaçqınlara ayrılacaq. Digər 50% isə suriyalı qaçqınlar qəbul edən qonşu ölkələrə yönəldiləcək.

BMT-nin məlumatına görə, vətəndaş müharibəsi ucbatından 1,6 milyon insan Suriyanı tərk edərək qonşu ölkələrə sığınıb. Ölkə daxilində isə 4,25 milyon qaçqın var.

Suriyada vətəndaş müharibəsi 2011-ci iln martından davam edir. BMT-nin məlumatına əsasən müharibənin gedişində 90 mindən artıq insan həlak olub.

AzNews.az