Tahir Salahov dəfn edildi - FOTOLAR

24 May 2021 13:17 (UTC+04:00)

Xalq rəssamı Tahir Salahovla vida mərasimi keçirilir.

AzNews.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, İçərişəhərdə yerləşən “Art Galleri”dəki mərasimdə mərhumun ailə üzvləri və yaxınları iştirak edirlər.

Daha sonra Tahir Salahov I Fəxri Xiyabanda dəfn olunacaq. Artıq mədəniyyət naziri Anar Kərimov da dəfn mərasimində iştirak etmək üçün I Fəxri Xiyabana gəlib.

Xatırladaq ki, o, mayın 21-də Almaniyada, müalicə olunduğu xəstəxanada vəfat edib.

***

Tahir Salahov I Fəxri Xiyabanda dəfn olunub.