Türkiyə aksiyalarının yeni qəhrəmanı - Fotolar
18 İyun 2013 08:11 (UTC+04:00)
Türkiyədə ötən gecə də aksiyalarla yadda qalıb. Bu gecənin qəhrəmanı isə bağlı Taksim Meydanında saatlarla bir yerdə duran adam olub.
O, uzun müddət heç bir hərəkət etməyib. Bu etiraz üsulu qısa zaman içində populyarlaşıb və Taksimdə "Duran Adam"ların sayı sürətlə artıb. Sosial mediada da böyük dəstək alan bu şəxsi polislər də heyranlıqla izləyiblər. Daha sonra polis insanlara dağılmaq üçün vaxt verib və vaxt başa çatanda yerindən tərpənməyən bu şəxsi göz altına alıb. Ancaq insanların təzyiqi "Duran Adam"ın azad olunması ilə nəticələnib. Erdem Gündüz adlı bu şəxs olaylardan sonra açıqlama verib: "Mənim duruşum mediaya qarşıdır. 4 insan öldü, amma media bunu görmədi. Mənim istədiyim sistemin dəyişməsidir. Hökümətin istefası yetərli deyil. Ölən 4 insanın hesabı verilməlidir. Polis müdaxilə etməyə hazırlaşırdı, insanlar zərər görməsin deyə bu işi bitirdim. Mən bir şəxsəm, sabah bir başqası burada duracaq və bu davam edəcək. Mən içimdəki kədəri, insan ölümlərini göstərmək üçün durdum".
Elvin CanTuran
AzNews.az