İranın xarici işlər nazirinin Azərbaycana səfəri başlayıb

24 May 2021 22:08 (UTC+04:00)

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri başlayıb.

Aznews.az xəbər verir ki, Cavad Zərifin səfəri iki ölkə rəsmiləri arasında davamlı məsləhətləşmələr çərçivəsində baş tutur.Ad - 00:12

Səfər çərçivəsində ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər haqqında müzakirələr aparılacaq.