“AZAL-ın biletləri 14 günlük müalicədən baha başa gəlir”

25 May 2021 12:24 (UTC+04:00)

Deputat Razi Nurullayev AZAL-ın təyyarə biletlərinin bahalığına etiraz edib.

AzNews.az xəbər verir ki, millət vəkili Milli Məclisdə çıxışında qeyd edib ki, AZAL-ın biletləri 14 günlük müalicədən baha başa gəlir: “Gəlin normal dövlət quraq.

AZAL dövlət şirkətidir. O, vətəndaşlara qarşı belə etməməlidir. Əgər biletlərin qiyməti aşağı düşməsə biz daha kəskin çıxışlar edəcəyik”.