Rusiya vətəndaşlarına xəbərdarlıq: “Türkiyəyə getməyin!“

18 İyun 2013 09:02 (UTC+04:00)
Rusiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Türkiyəyə getməməyi tövsiyə edib.

Bu barədə Rusiya XİN sözçüsü Aleksandr Lukaşeviç keçirdiyi mətbuat konfransında açıqlama verib. Hazırda Türkiyəyə səfər etməyin çox təhlükəli olduğunu deyən dövlət məmuru iyunun 6-da edilən xəbərdarlığın hələ də qüvvədə olduğunu deyib. "Biz Türkiyəyə tətilə gedən rusiya vətəndaşlarını diqqətli olmağa, mümkün qədər aksiya keçirilən ərazilərdən uzaq olmağı tövsiyə edirik", - Lukaşeviç əlavə edib.//anspress//

AzNews.az