Peyvənd olunan şəxslərə pul veriləcək – ŞƏRTLƏR

25 May 2021 17:26 (UTC+04:00)

ABŞ-ın Ohayo əyalətində insanları koronavirus peyvəndi olunmağa təhrik etmək üçün maraqlı üsul seçilib.

AzNews.az metbuat.az-a istinadən xəbər verir ki, yerli dairələr peyvənd etdirən şəxslər arasında lotereya oyunu keçirəcək. 5 qalibin hər birinə isə 1 milyon dollar mükafat veriləcək. Artıq 2,7 milyon insan oyuna qatılıb. Qaliblərin adı sabah açıqlanacaq.

Məlumata görə, lotereya oyununun təşkil edilməsindən sonra peyvənd olunmaq istəyən şəxsləri sayı artıb. 18 yaşı tamam olan hər kəs peyvənd kağızını təqdim etməklə oyunda iştirak edə bilər.

Digər ştatların da oxşar üsullara əl atacağı bildirilir.