İfaçı bu ilki nümayəndə heyətinin düzgün seçim etmədiyini deyib. "Eurovision 2021" təmsilçimiz Samirə Əfəndinin ifasını İnstaqramında yayımlayan S.Babayeva bunları əlavə edib:
"Baş verən müharibə və minlərlə şəhiddən sonra öz dilimizdə vətənpərvərlik ruhunda mahnı ifa edib 20-ci sırada olsaydıq, özümüzü qalib bilərdik. Xarici qadın "şpion"dan oxumaqdansa, Natəvan Xurşidbanu (Natəvan- XIX əsr Azərbaycanın görkəmli şairəsi. Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı- red.) haqqında oxumaq yaxşıdır". (axşam.az)
