Türkiyəli aktrisa İlayda Alişan "Masumiyet" serialında birlikdə rol aldığı aktyor Serkay Tütünçü ilə sevgili olması haqda xəbərlərə münasibət bildirib.
25 yaşlı aktrisa İnstaqram səhifəsində yayılan məlumatları yalanlayıb:
"Bir müddətdir ki, haqqımda çıxan xəbərləri təəssüflə izləyirdim. Həyatımda heç kim yoxdur və yazılanlar həm ailəmi, həm də məni çox aşındırır. Diqqətimi karyerama köklədiyim bu dövrdə peşəmdən başqa hər hansı bir mövzu ilə gündəmə gəlmək istəmirəm. Sizdən də eyni həssaslığı göstərməyinizi xahiş edirəm".
Qeyd edək ki, İlayda və Serkayın birgə istirahətə getdiyi deyilir. (axşam.az)
AzNews.az