Azərbaycan nefti 68 dollardan satılır

26 May 2021 11:33 (UTC+04:00)

Dünya bazarlarında Azərbaycan neftinin qiyməti bahalaşır.

AzNews.az-ın məlumatına görə, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0.38 dollar artaraq 68.75 dollar təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.