Vaxtilə Hollivudun ən tanınmış cütlüklərindən olan Bred Pitt və Ancelina Coli artıq beş ildir ki, ayrılıblar. Bu müddət ərzində onlar uşaqlar üzərində qəyyumluq hüququ uğrunda məhkəmədə çəkişiblər.
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, nəhayət ki, məhkəmə Pitin xeyrinə qərar çıxarıb və uşaqlar üzərində valideynlərin birgə qəyyumluq hüququnu təsdiq edib.
Nəşr həmçinin Colinin təslim olmayacağı, qərardan şikayət verəcəyini də bildirib.
Qeyd edək ki, Coli və Pitt altı uşağa sahibdirlər. Onlardan üçü övladlığa götürülüb.