“Əsas məqsədimiz faizlərin aşağı salınmasına nail olmaqdır”

27 May 2021 17:34 (UTC+04:00)

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deputatların kredit faizlərinin yüksək olmasıyla bağlı narahatlıqlarına münasibət bildirib.

AzNews.az-ın məlumatına görə, komitə sədri vurğulayıb ki, “Lombardlar haqqında” qanun layihəsi Milli Məclisin iş planında var: “Yaxın vaxtlarda bu qanunu parlament qəbul edəcək. Burada sələmçiliklə də bağlı məsələ öz həllini tapacaq. Banklarla bağlı böyük qanun layihəsi paketi hazırlanıb.

Bununla bağlı hökumət və Mərkəzi Bank arasında müzakirələr aparılır. Biz də komitə olaraq müzakirələrin yekunlaşmasını gözləyirik. Qanunlara edilən dəyişikliklərin əsas məqsədi son nəticədə faizlərin aşağı salınmasına nail olmaqdır”.