FEMEN Türkiyədən “hə“ cavabı gözləyir

18 İyun 2013 11:03 (UTC+04:00)
Dünyanın bir çox ölkələrində keçirdikləri yarıçılpaq aksiyaları ilə məşhurlaşan ukraynalı FEMEN-çilər indi də Türkiyəyə gəlməyə hazırlaşırlar.

FEMEN-in saytında "Ərdoğanla görüşməyimiz üçün bizə kömək edin" sözlər yer alıb. Ukraynalı qızlar daha sonra yazıblar ki, Taksim Meydanında nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə olunmasına artıq dözümlülük nümayiş etdirə bilmirlər: "Bu günlərdə sizin yanınızda olmalıyıq. Ərdoğanın Türkiyəni daha da geri aparmasına izləyə bilmərik. Baş verənlər sadəcə Türkiyə üçün deyil, bütün müasir dünya üçün tam fərqli bir faciə oldu".

Bundan başqa, FEMEN-çilər Türkiyəyə gələ bilmək üçün onlara bilet göndərilməsini də rica ediblər. "Təyyarə biletini alan kimi sizə qatılaraq, sinə-sinəyə verib, dirənməyə hazırıq",- deyə FEMEN-nin saytında bildirilir.

AzNews.az