Türkiyədə kütləvi həbslərə başlanılıb

18 İyun 2013 11:21 (UTC+04:00)
Türkiyənin paytaxtı Ankarada terrorizmlə mübarizə çərçivəsində kütləvi həbslər aparılıb.


Əməliyyat 26 ünvan üzrə həyata keçirilib. İndiyədək Ankarada 25 nəfərin saxlanıldığı bildirilir.

Şübhəlilərin saxlanılması üzrə əməliyyat Türkiyənin bəzi vilayətlərində kütləvi iğtişaşlar çərçivəsində keçirilir. Ölkə hakimiyyəti iğtişaşların bəzi iştirakçılarını terror və qadağan edilmiş digər qruplaşmalarla əlaqədə günahlandırır.

Terrorizmdə şübhəli bilinənlərin saxlanılması üzrə əməliyyat Türkiyənin digər vilayətlərində də, o cümlədən İstanbul və Əskişəhərdə həyata keçirlib. İstanbulda saxlanılanların sayı 13 nəfər olub. (trend.az)

AzNews.az