Sahibə Qafarova: “Respublikamız və onun müstəqilliyi sarsılmazdır”

28 May 2021 14:15 (UTC+04:00)

“28 May - Respublika Günü münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü təmin edən Respublikamız və onun müstəqilliyi sarsılmazdır”.

AzNews.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin sədri Sahibə Qafarovanın “Facebook” paylaşımında bildirilib.

“Ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi: "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”. Respublika Günün mübarək, Azərbaycan!”, - deyə qeyd olunub.