Uzun illərin sevilən sənətçisi, məşhur türk sinema ulduzu Hülya Avşarın Ayvalıkda ada aldığı söhbətləri dolaşır.
Aznews.az türk mediasına istinadən xəbər verir ki, buna açıqlama verən kinoulduz "Ada almadım. Belə bir şey yoxdur. Maraqlandıq amma ..." - deyə bildirib.
Ardınca "Zənginlik, sərvət qədər pis bir şey ola bilməz insan həyatında" deyən aktrisa "Bu nədir, nə istəyirsən əldə edirsən. Hər şeydən şübhələnirsən. Sevgiliniz "səni sevirəm" desə inanmırsan", - deyə pul və var-dövlətin gətirdirdiyi xoşagəlməzliklərdən gileylənib. Sənətçiyə görə, insan həyatda nələrəsə həsrət
qalmalıdır.

Yaşadığı bütün yaxşı və pisləri ciddiyə almadığını söyləyən məşhur ulduz daha sonra əlavə edib:
- Məndən heç kim həyatına girməyəcəkmi deyə soruşurlar? "Girməsin! Faydası nə ola bilər ki? Sevgi qalırmı, qalmır! Bu vaxtdan sonra nələri bölüşəcəyik? Çox şeylər yaşamışam. Həyatdan zövq almaq varkən, kiməsə nə ehtiyac var ki? Gənc bir qızım var. Vaxtaşırı kimdənsə yorulub ayrılmağın nə mənası var?"

Aznews.az