İran və Suriya arasında əməkdaşlıq sazişləri imzalandı
18 İyun 2013 12:31 (UTC+04:00)
İran və Suriya arasında iqtisadi sahədə iki əməkdaşlıq sazişi imzalanıb.
Razılaşmalar dərman, gigiyenik vəsait, xəstəxana təchizatı, elektrik, neft, enerji, qida maddələri ilə təminat, 5 un fabrikinin qurulması və Hums əyalətində Cəndər elektrik stansiyasının inşasının tamamlanmasını nəzərdə tutur.//apa//
AzNews.az