AzTV, Mədəniyyət TV və İdman TV-nin fəaliyyəti bu tarixədək dayandırılacaq

30 May 2021 18:10 (UTC+04:00)

"HD yayıma keçidlə əlaqədar AzTV, Mədəniyyət TV və İdman TV kanallarının yayımı "AzTV Xəbər" 31.05.2021-ci il tarixli saat 00:00 buraxılışından sonra müvəqqəti olaraq dayandırılacaq".

AzNews.az xəbər verir ki, bu barədə AzTV-nin yaydığı məlumatda bildirlir.

Məlumata görə, kanalların fəaliyyəti sabah saat 16:00-da bərpa ediləcək.