Nadir Qafarzadə qəzaya düşdü

18 İyun 2013 13:54 (UTC+04:00)
Bu gün tanınmış müğənni Nadir Qafarzadə Bakıda yol qəzasına düşüb.

Lent.az-ın məlumatına görə, müğənni şəhərdə nəqliyyatın sıx olduğu ərazidə idarə etdiyi avtomobillə "Lexus" markalı maşını vurub. Nəticədə həm Nadir Qafarzadənin avtomobili, həm də digər avtomobilə ciddi ziyan dəyib.

Nadir Qafarzadə bildirib ki, qəzadan sonra onun köməyinə dostu gəlib: "danışmaq istəmirəm, özümü yaxşı hiss etmirəm. Şəhər başdan-başa tıxacdır, maşın sürmək mümkün deyil. Əsəblərin yerində deyil. İndi həm öz maşınımı, həm də vurduğum maşını təmir etdirməliyəm".

Qeyd edək ki, hadisə Bakıxanov küçəsində baş verib.

AzNews.az