89 yaşlı milyarder həbs edilə bilər

18 İyun 2013 14:02 (UTC+04:00)
89 yaşlı Enton Marşal anasından pul oğurlayıb


Manhetten məhkəməsi 89 yaşlı Enton Marşalı həbs edə bilər. Enton Marşal bir neçə il əvvəl anası Bruk Aktordan 200 milyon dollar oğurlamaqda ittiham edilir. Məhkəmənin qərarına görə, 89 yaşlı qoca 1 ildən 3 ilə kimi həbs edilə bilər.

Enton Marşalın vəkili onun səhhətində ciddi problemlərin olduğunu və həbsxanaya düşəcəyi təqdirdə infarkt keçirmə riskinin böyük olması barədə danışıb.

Məlumat üçün deyək ki, Bruk Aktor ABŞ-da ilk dəfə xeyriyyəçiliklə məşğul olan və sərvətinin 30%-ni uşaqlar evinə xərcləyən qadınlardan biri olub.

Aynur Hüseynova
AzNews.az