Ramiz Əzizbəylinin vəziyyəti necədir? - Qızından açıqlama

1 İyun 2021 15:01 (UTC+04:00)

Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli hazırda reanimasiyadadır.

AzNews.az xəbər verir ki, bu barədə APA-ya Xalq artistinin qızı Xədicə Əzizbəyli məlumat verib.

O, atasının vəziyyətinin hazırda orta-ağır olduğunu, müalicəsinin hələ uzun müddət davam edəcəyini bildirib.

Qeyd edək ki, Xalq artisi R.Əzizbəyli bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilib.