Dünyada əhali sayı ən çox olan Çində doğum sayında azalma müşahidə olunub.
Aznews.az xarici mediaya istinadla xəbər verir ki, bu səbəbdən hökumət cütlüklərə verilmiş "2 uşaq" icazəsini 3-ə qaldırıb.
Çin Dövlət Başçısı Xi Jinpinin rəhbərliyi ilə keçirilən idarə heyətinin iclasında bu barədə qərar verilib. Ancaq qərarın nə vaxt qüvvəyə minəcəyi ilə bağlı hələ ki, heç bir açıqlama yoxdur.
Qeyd edək ki, Çində əhaliyə nəzarət etmək üçün 1970-ci illərdən bəri tək uşaq siyasəti tətbiq edilir.
Ailələrin ikinci övlad sahibi olmasına icazə verilməsə də, son illər bu qayda dəyişdirildi.
2015-ci ildə bir ailənin iki uşaq sahibi olması üçün yeni bir tənzimləmə aparıldı.
Bununla yanaşı, mütəxəssislər, ölkə əhalisinin sayı azalarsa, buna yenidən baxılacağını söyləmişdilər.
Aznews.az