Məscid qana boyandı: 30 ölü

18 İyun 2013 15:59 (UTC+04:00)
Bağdadın şimalında şiə məscidində iki ardıcıl partlayış törədilib.


Paytaxtın əl-Qahirə rayonundakı məsciddə partlayışı terrorçu kamikadzelər törədib.

Terrorçu kamikadzelərdən biri üzərindəki partlayıcı qurğunu məscidin girişində işə salıb. Məsciddə namaz qılanlar vahiməyə düşərək çölə qaçan zaman ikinci terrorçu-kamikadze partlayış törədib. Nəticədə 30 nəfər ölüb, 70 nəfər yaralanıb.(lent.az)

AzNews.az