Mirmahmud Mirəlioğlunun son durumu açıqlama

3 İyun 2021 13:27 (UTC+04:00)

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun səhhəti yaxşılaşmağa doğru gedir.

AzNews.az bildirir ki, bu barədə Kult.az-a Mirmahmud Mirəlioğlu özü məlumat verib.

“Səhhətimdə irəliləyiş müşahidə olunur. Amma hələ də danışmaqda çətinlik çəkirəm”, - deyə o bildirib.

Qeyd edək ki, koronavirusa yoluxan M.Mirəlioğlunun müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.